Apr 12, 2024 14:36 Asia/Baku
  • Fransa Ermənistana ən müasir radarlar verib

Fransa bir çox ölkənin arzusunda olduğu hərbi texnikanı Ermənistana verib. Bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottini bu günlərdə "Politico" qəzetinə açıqlamasında bildirib.

Fransanın Ermənistandakı səfiri "Politico" qəzetinə müsahibəsində bildirib ki, son aylarda zavod üç ədəd ən müasir "GM 200" radarını Ermənistana ixrac edib.

Qəzetin əməkdaşı Laura Kayali hərbi təyinatlı məhsulların böyük hissəsini Ermənistana ixrac edən müəssisədə olub. Ona məlumat verilib ki, Parisdən 50 kilometr cənubda, Limurda yerləşən və "Thales" şirkətinə məxsus olan bu zavod əsasən "Ground Master" adlanan və hava məkanının müşahidəsi üçün nəzərdə tutulan müasir avadanlıqların istehsalı ilə məşğuldur. Bildirilib ki, şirkətin ən böyük sifarişçisi Fransa dövlətidir. Buna səbəb isə odur ki, rəsmi Paris şirkətin məhsulu olan hərbi müşahidə vasitələrini Ermənistana göndərməyi qərarlaşdırıb.

 

Məqalə müəllifinin sözlərinə görə, zavodun istehsal etdiyi radar sistemləri havadan gələn təhlükənin vaxtında aşkarlanması üçün nəzərdə tutulub. Tətbiq olunan yeniliklər sayəsində bu sistemlər pilotsuz uçuş aparatlarını da identifikasiya etməyə qadirdir. Onların arasında "GM 400 Alpha" adlı radar qurğusu xüsusilə fərqlənir.

Qiyməti 30 milyon avro civarında olan bu qurğu 250 kilometrdən 500 kilometrədək olan məsafədəki hədəfləri aşkarlaya bilir. Ondan bir sinif aşağı olan "GM-200" isə 350 kilometrədək məsafədə yerləşən obyektləri müəyyən edir.

Şirkətin müştəriləri arasında Ukrayna, İndoneziya və Mərakeş də daxil olmaqla 40 dövlətin adı çəkilir.