Ermənistan yenə də KTMT-nin iclasına qatılmadı
https://azeri.sahartv.ir/news/qafqaz-i410285-ermənistan_yenə_də_ktmt_nin_iclasına_qatılmadı
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasında iştirak etməyib.
(last modified 2024-04-13T06:51:54+00:00 )
Apr 13, 2024 10:50 Asia/Baku
  • Ermənistan yenə də KTMT-nin iclasına qatılmadı

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasında iştirak etməyib.

Bu məlumata əsasən, görüş aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə video-konfrans formatında baş tutub.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Ermənistan nümayəndəsi olmayıb.

Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə edilib.