Apr 13, 2024 14:50 Asia/Baku
  • Ermənistan-Hindistan münasibətləri inkişaf edir

Ermənistanla Hindistan arasında hərbi əlaqələr inkişaf etdirilir.

Erməni mediası yazır ki, keçən il Ermənistanın Hindistanda hərbi attaşesi olmasına dair qərar qəbul olunub. Bu da öz növbəsində hərbi sahədə tərəfdaşlıq münasibətlərinə yeni keyfiyyət verəcək və dostluq əlaqələrinin daha da dərinləşməsinə, eləcə də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

İki gün əvvəl isə məlum olub ki, Hindistanın Ermənistanda ilk dəfə olaraq hərbi nümayəndəsi olacaq. Ekspertlər qeyd edirlər ki, bu təyinat hərbi-texniki əməkdaşlıq sahəsində Ermənistan-Hindistan əməkdaşlığının artması ilə bağlıdır.

Ermənistan-Hindistan əlaqələrinin genişləndirilməsi fonunda xatırladaq ki, ötən il Hindistana hərbi texnikanın, o cümlədən reaktiv yaylım atəş sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalanıb. Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığının dəyəri 1 milyard dollara çatır. Ermənistan Hindistandan 4 ədəd “Pinaka”, 15 ədəd “Akaş”, 1 ədəd “Zen” dron əleyhinə müdafiə sistemi və 1 ədəd “Svati” raket əleyhinə radar alır.