Apr 16, 2024 12:41 Asia/Baku
  • Zatulin: Azərbaycan Rusiya sülhməramlılarının çıxmasını istəməyib

Qarabağda yerləşən rusiyalı sülhməramlıların statusu qaranlıq qalır və onların burada mövcudluğu Azərbaycan ictimaiyyətində narahatlıq doğurmaqdadır.

“Qazeta.ru”ya açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib ki, Rusiya sülhməramlılarının Qarabağda olması Moskva ilə Bakının münasibətləri ilə bağlıdır.

Zatulin qeyd edib: “Erməni əhalisi bölgəni tərk etdikdən sonra sülhməramlıların mövcudluğu üçün səbəblər azalıb, lakin Azərbaycan hələ də onların geri çəkilməsi məsələsini gündəmə gətirməyib ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin”.