Apr 17, 2024 16:30 Asia/Baku
  • RSK-nin Azərbaycandan çıxdığı iddia edilir

Bakı mediaları Rusiya Sülhməramlılarının Azərbaycan Respublikası ərazilərini tərk etməyə başladıqlarını bildirirlər. Nə Moskva nə də Bakıdan bu barədə heç bir rəsmi məlumat yoxdur.

APA-nın məlumatına görə, sulhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.

Sülhməramlı kontingent monastır ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.

Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Məlumatda sülhməramlıların monastır ərazisini tərk etdikdən sonra haraya getdiklərinə aydınlıq gətirilməsə də belə nəticə çıxarılıb ki, bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.

Rusiya sülhməramlılarının Rusiyaya hansı marşrutla qayıtmağa başladıqları da bəlli deyil. Az öncə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıldığını deyib.

 

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda yerləşdirilmişdi.

 

 

Teqlər