Lavrovdan İrəvana xəbərdarlıq:
“Bu, Avropa İttifaqı missiyası deyil, NATO-dur!”
Apr 20, 2024 13:29 Asia/Baku
Rusiyanın XİN rəhbəri bəyan edib ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO missiyasına çevrilir.
Yerli mediaya müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “İki ay söz vermişdilər, indi isə Avropa İttifaqının Ermənistandakı missiyası limitsizdir. Kanadalılar artıq oradadırlar, digər NATO üzvləri də ora getmək istəyirlər. Bu, artıq Avropa İttifaqının missiyası deyil, NATO-nun missiyasıdır”.
Bu arada Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Ərəb Nyus-a müsahibəsində bildirib ki, İrəvanla Moskva arasında problemlər var və münasibətlər heç də ən yüksək səviyyədə deyil”.
Ararat Mirzoyan bununla bağlı Azərbaycanın Ermənistanla sərhədə müdaxilə etdiyi zaman müttəfiq Rusiyanın hərəkətsizliyini misal göstərib.