Apr 22, 2024 13:20 Asia/Baku
  • İrəvanda Başkənd kəndini almağa ümid edirlər

Ermənistan rəhbərliyi 1992-ci ildə Azərbaycan ordusu və hərbçilər tərəfindən nəzarətə götürülmüş Başkənd (Artsvaşen) kəndinin ərazisinin bu ölkəyə qaytarılmasından ümid edir.

Bu barədə baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib. Lakin Paşinyanın son danışıqlarından belə çıxır ki, Bakı kəndin Ermənistana verilməsinə razı olmayıb.

Bundan əvvəl Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası barədə ilkin olaraq razılaşıblar.

Bunun nəticəsində, Azərbaycan SSR-in tərkibində olan, 1990-cı illərdən isə Ermənistanın nəzarəti altında olan dörd kənd Azərbaycanın nəzarətinə keçib.