ABŞ inqilab ssenariləri üçün pul ayırmaqda ittiham edilir
https://azeri.sahartv.ir/news/qafqaz-i410584-abŞ_inqilab_ssenariləri_üçün_pul_ayırmaqda_ittiham_edilir
Gürcüstanın "Xalq Gücü" Partiyası ABŞ-ı bu ölkənin inkişafı üçün ayırdığı puldan Amerika agentləri şəbəkəsi və inqilabi ssenarilər yaratmaq üçün istifadə etməkdə ittiham edib.
(last modified 2024-04-22T06:05:16+00:00 )
Apr 22, 2024 10:04 Asia/Baku
  • ABŞ inqilab ssenariləri üçün pul ayırmaqda ittiham edilir

Gürcüstanın "Xalq Gücü" Partiyası ABŞ-ı bu ölkənin inkişafı üçün ayırdığı puldan Amerika agentləri şəbəkəsi və inqilabi ssenarilər yaratmaq üçün istifadə etməkdə ittiham edib.

Bu barədə partiyanın bəyanatında deyilir: “Bəlkə də bu pulların böyük hissəsi inqilab ssenarilərinə və agentlərin hakimiyyətə qayıdışına, dövlət institutlarının zəiflədilməsinə, pravoslav kilsəsinin nüfuzuna xələl gətirməyə, LGBT təbliğatına, din pərdəsi altında siyasi müdaxilənin təşviqinə, dini ekstremizmin dəstəklənməsinə, strateji iqtisadi layihələrin qarşısının alınmasına və s. təhrik edir”.

Bəyanatda bildirilir ki, heç bir dövlət başqa dövlətə xeyriyyəçilik və ya yardım üçün fəaliyyət göstərmir.