Ağ Evin Gürcüstanda siyasi oyunu qınaq obyektinə çevrilir
ABŞ inqilab ssenariləri üçün pul ayırmaqda ittiham edilir
Apr 22, 2024 13:34 Asia/Baku
Gürcüstanın "Xalq Gücü" Partiyası ABŞ-ı bu ölkənin inkişafı üçün ayırdığı puldan Amerika agentləri şəbəkəsi və inqilabi ssenarilər yaratmaq üçün istifadə etməkdə ittiham edib.
Bu barədə partiyanın bəyanatında deyilir: “Bəlkə də bu pulların böyük hissəsi inqilab ssenarilərinə və agentlərin hakimiyyətə qayıdışına, dövlət institutlarının zəiflədilməsinə, pravoslav kilsəsinin nüfuzuna xələl gətirməyə, LGBT təbliğatına, din pərdəsi altında siyasi müdaxilənin təşviqinə, dini ekstremizmin dəstəklənməsinə, strateji iqtisadi layihələrin qarşısının alınmasına və s. təhrik edir”.
Bəyanatda bildirilir ki, heç bir dövlət başqa dövlətə xeyriyyəçilik və ya yardım üçün fəaliyyət göstərmir.