Nikol Paşinyan:
Aldığımız silahlar Azərbaycanın aldığı silahların 15-20%-ni təşkil edir
Ermənistanın baş naziri ölkəsinin Azərbaycan Respublikasının aldığı silahlarla müqayisədə çox az silah aldığını deyib və buna rəğmən Bakının aqressiv yanaşmasını tənqid edib.
Azərbaycan Ermənistan silahlı qüvvələrinin islahatlarına, silah və texnikanın alınmasına çox aqressiv reaksiya verir, halbuki aldığımız silahlar Azərbaycanın aldığı silahların 15-20%-dən çoxunu təşkil etmir. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.
“Eyni zamanda, Ermənistan ordusunun islahatları və modernləşdirilməsi ilə bağlı Azərbaycanın bir sıra bəyanatlarından narahatıq. Azərbaycan və Ermənistanın hərbi büdcələrinin nisbətinə baxsanız, nəzərəçarpacaq dərəcədə disbalansın olduğunu görərsiniz. Bu balanssızlıq şəraitində belə, Azərbaycan Ermənistan silahlı qüvvələrinin islahatlarına, silah və texnikanın alınmasına çox aqressiv reaksiya verir, baxmayaraq ki, bu satınalmalar sırf müdafiə xarakteri daşıyır”,- Paşinyan deyib.
Döyüşə hazır ordunun olması sülh üçün, qüvvələr balansının düzgün formalaşması üçün vacibdir. Aldığımız silahlar Azərbaycanın aldığı silahların 15-20%-dən çoxunu təşkil etmir”, - Paşinyan bildirib.
O qeyd edib ki, Azərbaycana silahlara nəzarət, Almatı Bəyannaməsi ilə müəyyən edilmiş sərhəddən qoşunların geri çəkilməsini və sülh müqaviləsi razılaşdırılmamışdan əvvəl təcavüz etməmək haqqında saziş imzalamağı təklif etmişik.
“Son 5 ay ərzində bizim Azərbaycanla iki böyük razılaşma əldə etməyimiz olduqca mühümdür. Nəhayət, sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqlarıdır”, - Ermənistan Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.
O ölkəsinin Qarabağda gözünün olmadığını və Hazırki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmədiyini də vurğulayıb:
"Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil. Hazırki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm", - N.Paşinyan qeyd edib.