Rusiya növbəti dəfə Qərbə xəbərdarlıq edib
Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
Apr 26, 2024 15:12 Asia/Baku
Rusiya hökuməti Qərbin Cənubi Qafqaz məsələlərində səmimi olmadığını iddia edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Qərb ölkələri Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə daxil olmağa çalışmırlar.
Mariya Zaxarova deyib: “Qərb regiona təsir göstərərək öz iqtisadi mənfəətini qazanmağa və sabitliyi pozmağa çalışır. Bu cür tendensiyalar, şübhəsiz ki, regionda qüvvələr balansını pozur və müvafiq razılaşmalar əsasında qurulmalı olan sülh nizamlanmasına xələl gətirir”.