“Aktivlər müsadirə olunsa, Rusiyanın cavabı sərt olacaq”
https://azeri.sahartv.ir/news/qafqaz-i410687-aktivlər_müsadirə_olunsa_rusiyanın_cavabı_sərt_olacaq
RF xarici işlər nazirinin müavini deyib ki, əgər avropalılar və ABŞ Rusiyanın aktivlərini müsadirə etsələr, bunun nəticələri olacaq.
(last modified 2024-04-26T07:46:25+00:00 )
Apr 26, 2024 11:45 Asia/Baku
  • “Aktivlər müsadirə olunsa, Rusiyanın cavabı sərt olacaq”

RF xarici işlər nazirinin müavini deyib ki, əgər avropalılar və ABŞ Rusiyanın aktivlərini müsadirə etsələr, bunun nəticələri olacaq.

Aleksandr Pankin bildirib ki, Qərb dövlətləri Rusiya aktivlərinin müsadirə etmək kimi bir addım atacaqsa, Rusiya Federasiyası öz aktivlərinin müsadirə edilməsinə cavab vermək üçün bütün mexanizm və vasitələrdən istifadə edəcək.

O, jurnalistlərə açıqlamasında deyib: “Əgər avropalılar və ABŞ bu istiqamətdə hərəkət edərsə, bunun nəticələri olacaq”.