Apr 27, 2024 14:02 Asia/Baku
  • Tiflis qərb agentlərinə mane olalrsa onu sanksiya gözləyir

ABŞ senatorları Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbul ediləcəyi təqdirdə sanksiyalarla hədələyirlər.

Cümə günü Janna Şahin və Cim Rişin rəhbərliyi ilə 12 amerikalı senator Gürcüstanın baş nazirinə məktub göndərib. Onlar öz maliyyələşməsinin 20 faizdən çoxunu xarici donorlardan aldığı təqdirdə qeyri-hökumət təşkilatlarını və müstəqil KİV-i "xarici agent" kimi qeydiyyatdan keçməyə məcbur edəcək qanun layihəsindən çox narahat olduqlarını bildiriblər.

Başqa sözlə amerkan senatorlar müstəqil KİV və QHT-lər adı altında ABŞ-ın maliyyələşdirdiyi agentlərin fəaliyyətini əngəlləyəcək qanuna qarşı çıxdıqlarını bəyan ediblər.

Belə qanun layihəsi təsdiqlənərsə, "söz azadlığını ciddi şəkildə məhdudlaşdıracaq və ABŞ-ın Gürcüstanla çoxdankı münasibətlərini pozacaq",- senatorlar qeyd ediblər.

Belə qanun "Gürcüstan xalqına güclü siqnal ola bilər ki, hökumət artıq onun istəklərini əks etdirmir, Avropa İttifaqına üzvlük cəhdlərini pozur və öz konstitusiyasını dəstəkləmir".

Bütün bunlar ABŞ-ın Gürcüstanla bağlı siyasətinin dəyişməsini və Gürcüstan siyasətindəki dəyişiklikləri nəzərə almasını tələb edəcək".

Belə qanunun qəbul edilməsi "Gürcüstanın demokratik inkişafının pozulmasına və onun Avroatlantika istiqamətinin qarşısının alınmasına məsuliyyət daşıyanlara qarşı sanksiyalara səbəb ola bilər. ABŞ-ın Gürcüstan üçün birbaşa maliyyə yardımına yenidən baxılması və viza qadağalarının tətbiqi də mümkündür", - məktubda deyilir.

Beləliklə ABŞ senatorları bir daha etiraf ediblər ki, ABŞ-ın hərhansı ölkədə söz azadlığı tələbi, əslində öz agentlərinin sərbəst fəaliyyətinin təmininə yönəlik cəhddir. Həmçinin bir daha bəlli olur ki, ABŞ və qərb dövlətləri üçün demokratik ölkə anlayışı onların müdaxilələrinə münbit şərait yaradan ölkə barədə istifadə olunur. Eyni zamanda bu reallıq da diqqət çəkir ki, hərhansı ölkənin Avropa İttifaqına üzvlüyü onun öz suverinliyindən vaz keçməsi şərti ilə mümkün ola bilər.

 

 

Teqlər