Apr 27, 2024 20:29 Asia/Baku
  • Ermənistan xəyali sərhədlərdən imtina etməlidir

Bizə aid olmayanlarla məşğul olduğumuz üçün heç bir zaman müstəqil olmadıq, başqalarından aslı olduq, bizim yerimizə başqa ölkələr qərar verdi. Artıq suveren və azad olmaq vaxtıdır.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşündə deyib.

“Bunun yeganə yolu isə qonşu dövlətlər ilə normal, hesablana bilən, mehriban və əməkdaşlıq yönümlü münasibətlər qurmaqdan keçir.

Biz buradayıq, onlar da daima burada olacaqlar. Bizim gedəcəyimiz başqa yer yoxdur. Bunu anlayaraq bu ölkələr ilə normal münasibət qurmalıyıq”, - Paşinyan vurğulayıb.

“Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik. Hər kəsin beynəlxalq tanınmış sərhədləri var, hər kəs bu beynəlxalq tanınmış sərhədlərində yaşamalı, öz inkişafına baxmalıdır”- Ermənistanın baş naziri deyib.

 

 “Biz xəyali, real olmayan sərhədlərdən imtina etməliyik. Biz xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Yoxsa bu xəyali Ermənistana görə biz real Ermənistanı da itirə bilərik”, - Paşinyan bildirib.

O qeyd edib ki, buna qədər real Ermənistanı sizə anlatmaq istəyənlər öz canlarından oldular, indi isə real Ermənistan naminə xəyali Ermənistandan vaz keçmək zamanıdır:

“Bu övladlarımızı qoruyacaq, Ermənistanı isə nəhayət suveren, demokratik və azad bir dövlət edəcəyik".

 

 

 

 

Sizə sual verirəm: nə istəyirsiniz? Yenə bizə aid olmayanları alaq, yenə də bizə hücum olunsun, övladlarınız həlak olsun?

 “Bundan əvvəlki hakimiyyətlər sizi aldadıblar, sizə aid olmayanın sizin olduğunuza inandırıblar. 21-ci əsrdə yaşayırıq, sərhədlər var, biz buna uyğun yaşamalıyıq, bu istiqamətdə sülhə doğru addım atmalıyıq.

Yetər artıq - qan tökülməsinə, ölümlərə, itkilərə son deməliyik, Qafqazı daimi sülh, rifah və əməkdaşlıq regionuna çevirməliyik”, - Paşinyan bildirib.