Paşinyanın partiyası Azərbaycanla dil tapmağa çalışır
İqtidar müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
Apr 30, 2024 15:30 Asia/Baku
Ermənistanda parlament çoxluğu müxalifət “Hayastan” fraksiyasının Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı bəyanat layihəsini rədd edib.
Məlumata görə, hakim partiya buna səbəb kimi “Ermənistanın 1 millimetr ərazisinin heç kimə verilməməsi” faktı ilə izah edib:
Hakim partiyanın təmsilçiləri bildiriblər ki, indiki proses Ermənistan və Azərbaycan sərhədinin bərpası prosesidir, orada sərhəd dirəkləri quraşdırıla bilər. Müxalifətin 1993-cü ilin sentyabrında MDB-yə üzv olduğu dövrdə Azərbaycan sərhədini əsas götürmək təklifi Ermənistanın dövlət sərhədindən imtina edilməsinə və hərbi əməliyyatların məntiqinə qayıtmağa çağırışdır.