May 05, 2024 13:40 Asia/Baku
  • Maykl Karpenter: ABŞ Ermənistanın yanındadır

ABŞ prezidentinin köməkçisi Birləşmiş Ştatların Ermənistanla bağlı siyasətinin dəyişməz olduğunu vurğulayıb.

Co Baydenin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter bu fikri erməni millət vəkilləri ilə görüşündə irəli sürüb.

Bu məlumata əsasən, Ermənistan Parlamentinin bir qrup deputatı Vaşinqtonda ABŞ prezidenti Co Baydenin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter ilə görüşüb. 

Görüşdə Karpenter ABŞ-ın Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyib və Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında demarkasiya prosesini alqışlayıb.

Karpenter qeyd edib ki, ABŞ hər zaman Ermənistanın yanındadır.