Putinin əmri ilə nüvə təlimlərinə start veriləcək
https://azeri.sahartv.ir/news/qafqaz-i410947-putinin_əmri_ilə_nüvə_təlimlərinə_start_veriləcək
Rusiya prezidenti Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı raket birləşmələrinin təlimlərinə hazırlıq işləri gedir.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 06, 2024 12:36 Asia/Baku
  • Putinin əmri ilə nüvə təlimlərinə start veriləcək

Rusiya prezidenti Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı raket birləşmələrinin təlimlərinə hazırlıq işləri gedir.

Rusiya Müdafiə Nazirlyinin məlumatında bildirilib ki, təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlığı və istifadəsi üzrə bir sıra tədbirlər həyata keçiriləcək.

Qeyd olunur ki, təlimlər ayrı-ayrı şəxslərin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq bölmələrin şəxsi heyətinin və texnikasının qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə hazırlığını saxlamaq, cavab tədbirləri görmək və Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır.