May 07, 2024 15:02 Asia/Baku
  • Nikol Paşinyan qonşularla sıfır problemə çağırıb

“Ermənistan Gürcüstan və İranla mehriban qonşuluğu inkişaf etdirməli, Türkiyə və Azərbaycanla isə düşmənçiliyi idarə etməli, azaltmalı və aradan qaldırmalıdır",- Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Bu barədə mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında etdiyi çıxışında həmçinin ölkəsinin , regional nəqliyyat marşrutlarını inteqrasiya etməli, iqtisadi əlaqələr qurmalı və inkişaf etdirməli olduğunu vurğulayıb.

“Düşmənçiliyi idarə etmək o deməkdir ki, elə etmək lazımdır ki,  bu düşmənçilik nəzarət edilməz hala gəlməsin, sonra onu azaltmaq və sıfıra endirmək lazımdır”,- baş nazir deyib.

Bu baxımdan Paşinyan "Dünyanın kəsişməsi" layihəsinə xüsusi önəm verir. Kommunikasiyalar iqtisadi fayda gətirəndə düşmənçilik aradan qaldırılacaq və o zaman bu, siyasi cəhətdən həyata keçirilən bir vəzifə olacaq, o qeyd edib.

Qarşıdakı Alma-Ata görüşünə toxunan Paşinyan deyib ki, orada Alma- Ata bəyannaməsinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə daxil edilməsi məsələsi müzakirə olunacaq.