May 11, 2024 13:41 Asia/Baku
  • Almatı müzakirələri davam edir

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda dünən başlatdıqları müzakirələri bu gün də davam etdirirlər.

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.

Sputnik Azərbaycanın verdiyi məlumata görə nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.

Qeyd edək ki, nazirlər arasında danışıqlar dünən başlayıb. İlk raundda müzakirələr 4 saat çəkib. Hələlik tərəflər müzakirələrin məzmunu barədə heç bir məlumat yaymayıblar.