May 14, 2024 14:06 Asia/Baku
  • Aİ Gürcüstana müdaxiləni artırır

Avropa Birliyinə üzv olan dörd ölkənin xarici işlər nazirləri Gürcüstana gəlir. Məqsəd isə radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır. Bu barədə ölkənin hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, Gürcüstana gələnlər arasında Qabrielius Landsbergis (Litva), Marqus Canka (Estoniya), Tordis Gilfadotri (İslandiya) və Baiba Braze (Latviya) yer alır. Həmçinin Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot, Litva Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Zigimantas Pavilionis və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn da gəlir.

Gürcüstan hakim partiyasının bəyanatında sonra deyilir: Hesab edirik ki, hökumət bu siyasətçilərin ölkəyə daxil olub-olmamasını müzakirə etməlidir. Onlar rəsmi şəkildə bildirdilər ki, ölkəyə səfərlərinin məqsədi Gürcüstanın Qərb kursunu dəstəkləməkdir. Əslində, hamı yaxşı bilir ki, bu insanlar açıq şəkildə “Milli Hərəkat”ı dəstəkləyir və Gürcüstan hökumətinə qarşı hücuma keçiblər. Bunu təsdiqləyən çoxlu fakt var", - bəyanatda qeyd olunub.

Gürcüstan parlamentinin xarici casuslarla bağlı qanun qəbul etmək qərarı ABŞ və Avropa İttifaqını son dərəcə hiddətləndirib. Onlar Gürcütanın daxili işlərinə müdaxilə imkanalrının məhdudlaşacağından nigaran qalaraq Gürcüstan hökumətinə hədə-qorxu gəlməkdə, Tiflisdə öz adamlarını iştişaşa cəlb etməkdə davam edirlər. Məhz buna görə Gürcüstan hökuməti ilə qərb arasında gərginlik artıb.

Bu istiqamətdə "Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri Milyarder və nüfuzlu siyasi xadim Bidzina İvanişvilinin əmlakına qarşı qərb dövlətləri tərəfindən sanksiya məsələsi gündəmə gəlib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze qərbin basqıları qarşısında İvanişvilini dəstəklədiyini bildirib və Bidzina İvanişvili şantaj olunarkən onun qərbdən gələn diplomatlarla görüşməyəcəyini deyib.  Kobaxidze təsdiq edib ki, o ' Brayen və İvanişvili görüş üçün müraciət ediblər və buna sonuncu rədd cavabı verib. "Son aylarda Bidzina İvanişvilinin qərb diplomatları ilə görüşməkdən imtina etdiyi hallar olub. Bütün hallarda imtinanın səbəbi eyni idi - Bidzina İvanişvili de-fakto artıq sanksiyalar altında olduğunu, Qərbə əmanət etdiyi 2 milyard dolların dondurulduğunu və təəssüf ki, bu məbləğlərin qlobal müharibə Partiyasının əlində olduğunu söylədi",- Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir qərb dövlətlərinin Gürcütanda rejim dəyişmə cəhdlərinin də baş tutmayacağını vurğulayıb:

“Gürcüstanda Ukrayna ssenarisi üzrə “Maydan”ın baş verəcəyi istisnadır, çünki hazırkı müxalifətin buna gücü yoxdur. Təbii ki, Gürcüstanda belə bir ssenari baş verməyəcək. Tamamilə nüfuzdan düşmüş siyasi azlığın bunun üçün resursu yoxdur”, - Kobaxidze bildirib.