May 16, 2024 13:14 Asia/Baku
  • Xarici qüvvələr ölkədə çevriliş etməyə çalışır

Gürcü Arzusu Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bu ölkə parlamentində xarici casuslar haqqına qanunun qəbul edilməsindən sonra qərb dövlətlərinin Gürcüstanda çevriliş cəhdlərinə diqqət çəkib.

Kaladze Tiflisdə “Xarici agentlər haqqında” qanuna etiraz məqsədilə keçirilən mitinqə İslandiya, Litva və Estoniya XİN başçılarının da qatılmasını pisləyib:

“Təbii ki, kənardan ölkədə çevriliş, inqilab etmək cəhdi var. Buna hətta mitinqə gələn o əcnəbiləri misal göstərmək olar”, - Kaladze bildirib.

Gürcüstanın paytaxtı Tiflisdə "Xarici agentlər haqqında” qanun layihəsinin qəbuluna etiraz edən aksiyaçılar dünən də yürüş keçiriblər.

yürüş iştirakçıları “Çıx çölə, çıx!” şüarları səsləndirirlər.

Nümayişçilərin bir qrupu Qəhrəmanlar meydanını bağlayıb, bəziləri isə parlament binası yaxınlığında toplaşıblar.

Tiflisdə səfərdə olan Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri də “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar.

Avropalı siyasətçilərin bu təşəbbüsü Qərbin Gürcüstana açıq-aşkar müdaxilələrini göz önündə canlandırıb.

ABŞ və Avropa qrumları Gürcüstan hökuməti və parlamentinin xarici casusların fəaliyyətini məhdudlaşdırmaq qərarını əngəlləmək üçün geniş müdaxilələr həyata keçirdi. İndi bu qanun artıq qəbul edilib və nəzərə gəlir ki, qərb Gürcüstan prezidentini bu qanunu veto etməyə məcbur etmək istəyirlər. Onların bu niyyəti alınmazsa Tiflis merinin dediyinə görə, dövlət çevrilişinə də cəhd göstərəcəklər.