May 19, 2024 13:22 Asia/Baku
  • Prezident “xarici agentlər” haqqında qanuna veto qoyub

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub.

Xanım Zurabişvili bu barədə mayın 18-də iqamətgahında keçirdiyi brifinqdə deyib: “Bu qanun öz mahiyyətinə görə, öz ruhuna görə Rusiya qanunvericiliyinə uyğundur, bizim Konstitusiyamıza və bütün Avropa standartlarına ziddir, ona görə də qanun layihəsi ləğv edilməlidir”.

Bu arada hakim “Gürcü Arzusu” partiyasının lideri İrakli Qaribaşvili təhdid və ya şantajı səmərəsiz adlandırıb və qanun layihəsi ilə bağlı dialoqa hazır olduğunu bəyan edib.

Gürcüstan parlamenti mayın 14-də xarici agentlər haqqında qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. “Gürcü arzusu” təşəbbüsünü 84 deputat dəstəkləyib, 30 deputat əleyhinə çıxıb. Söhbət maliyyənin 20%-dən çoxunu xarici donorlardan alan QHT-lərdən, mediadan və ictimai strukturlardan gedir.

Qanuna görə, onlar Gürcüstan Ədliyyə Nazirliyinə tabe olan Milli Dövlət Reyestr Agentliyində qeydiyyatdan keçməlidirlər. Tələblərə əməl edilmədikdə, 3,7 min dollardan 9,4 min dollara qədər cərimə nəzərdə tutulur.