May 24, 2024 13:24 Asia/Baku
  • Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarılıb

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.

Azərbaycan baş nazirinini müavini Şahin Mustafayevin ofisi bu barədə məlumat yayaraq bildirib ki, bu kəndlərin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də qeyd edilən sərhəd hissəsinin delimitasiyasının başa çatdığını təsdiq edib. Bildirib ki, sərhədçilər Kirants kəndi yaxınlığında sərhədi iyulun 24-nə qədər nəzarətə götürəcəklər.

Qeyd edək ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.