ABŞ diplomatından növbəti müdaxiləçi bəyanat
İstilaçı ABŞ-ın baş diplomatı, Avropa və Avrasiyaya məsul Ceyms O'Brayen Gürcüstana qarşı növbəti təhdidlər səsləndirib, bu ölkəni "qaydalara uyğun oynamağa" çağırıb.
Amerikan diplomat dünən Vaşinqtonda telekonfrans zamanı Ağ evin Gürcüstandakı adamlarına qarşı məhdudiyyətlərin qəbuledilməz olduğuna eyham vuraraq belə deyib:
"Əgər futbol matçına qoşulmaq istədiyinizi deyirsinizsə, bizim komandada 15 nəfər, sizin komandada isə 7 nəfərin olacağını söyləyə bilməzsiniz.”
Cümə axşamı isə ABŞ dövlət katibi Blinken ölkəsinin Gürcüstanda qərbin casusluq nüfuzuna mane olan gürcü məmurlara və onların ailə üzvlərinə ABŞ-a səyahət qadağaları tətbiq ediləcəyini bildirmişdi. “Buraya vətəndaş cəmiyyətinin sıxışdırılması və dinc toplaşma azadlığının məhdudlaşdırılması daxildir”,-Blinken demişdi.
"Əlavə hərəkətlərimizə gəlincə", - O'Brayen izah edib, "Biz adların siyahısını dərc etmirik, lakin hansı hərəkətlərin bizdə xüsusi narahatlıq doğurduğunu açıq şəkildə bildiririk - bu, demokratik prosesləri pozmaq səyləri və əsasən öz fikrini ifadə edənlərə qarşı zorakılıq və hədə - qorxu tətbiqidir",- deyə O'Brayen qərb casuslarına Gürcüstanda tətbiq edilən məhdudiyyətlərə ehyam vurub.