May 26, 2024 12:44 Asia/Baku
  • Parlament prezidentin vetosunu ləğv edəcək

Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze bildirib ki, Parlament prezidentin “xarici agentlər haqda” qanuna qoyduğu vetonu ləğv edəcək.

Kaladze qeyd edib: “ABŞ-ın sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək mümkün deyil. Çünki ölkə xalqının qanuni seçdiyi parlament şəffaflıq haqqında qanun qəbul edir. Gürcüstanın suverenliyi, dövlətçiliyimiz hər bir gürcü üçün çox vacibdir. Ona görə də bu veto ləğv ediləcək”.

Qeyd edək ki, Gürcüstan parlamentinin 3-cü oxunuşda qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə prezident Zurabişvili veto qoyub. Gürcüstan parlamenti vetoya 27 may iclasında baxacaq.

Bu qanuna görə Qərb Gürcüstana ciddi təzyiq edir, ABŞ hətta sanksiya tətbiq edə biləcəyini də açıqlayıb.