Borrell və Mirzoyan arasında telefon danışğı olub
Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə edilib
May 26, 2024 15:29 Asia/Baku
Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru ilə Ermənistanın XİN rəhbəri arasında təşkil olunan telefon söhbətində sülh prosesi müzakirə edilib.
Söhbət zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sərhədlərin delimitasiyası prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək öhdəliyinin vacibliyini qeyd edib.
Tərəflər Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər. Erməni diplomat İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Cozep Borrellə məlumat verib.
O, vurğulayıb ki, saziş layihəsində əldə edilmiş bəndləri birləşdirməklə yekun razılığa nail olmaq mümkündür.