İyun 01, 2024 13:25 Asia/Baku
  • Ermənistan KTMT-nin müdafiə nazirlərinin Almatıda keçirilən iclasından yayındı

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında iştirak etməyib.

RİA Novosti agentliyi KTMT Katibliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Şuvalova istinadən bu xəbəri yayıb.

Görüş Qazaxıstanın KTMT-yə sədrliyi çərçivəsində keçirilir. Bildirilir ki, iştirakçılar KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər, həmçinin təşkilatın hərbi komponentinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Rəsmi İrəvan KTMT-nin Ermənistanla bağlı öz öhdəliklərini yerinə yetirmədiyini iddia edir. Bu yaxınlarda isə baş nazir Nikol Paşinyan sözü gedən hərbi alyansın iki üzvünün 44 günlük müharibədə Azərbaycana yaşıl işıq yandırdığını bildirib.