İyun 12, 2024 19:40 Asia/Baku
  • İrəvanda etirazçılar dağıdılır

İrəvanda etiraz aksiyaları davam edir və vəziyyət getdikcə gərginləşir. Parlament binası yaxınlığında toplanan "Vətən naminə Tavuş" hərəkatının tərəfdarlarının saxlanılmasına başlanılıb.

Bununla bağlı "Telegram"ın Ermənistan seqmentində videogörüntülər yayılıb.

Görüntülərdə polis qüvvələrinin etirazçılarla sərt rəftar etdiyi və güc tətbiq edərək, sürüyərək maşınlara mindirdiyi kadrlar əks olunub.

Qeyd edək ki, Ermənistanda "Vətən naminə Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən gün bildirmişdi ki, 12 iyun həlledici gün olacaq.

Yeri gəlmişkən, hakim komanda daxilində bu günlərdə hadisələrin mümkün inkişaf ssenariləri ilə bağlı fəal daxili müzakirələr gedir. Aksiyaçıların sayı artarsa və onlar parlamentə daxil olmaq istərlərsə hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirlər görməyə öncədən təlimatlandırılıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesində bəzi kəndlərin Azərbaycana təslim edilməsindən sonra arxiyepiskop Baqrat Qalstanyan

"Vətən naminə Tavuş" hərəkatı yaradaraq aprelin 20-dən Paşinyana istefa tələbi ilə davamlı aksiyalara başlayıb.

 

 

Teqlər