İyun 13, 2024 15:04 Asia/Baku
  • İrəvandakı qarşıdurmada 101 nəfər xəsarət alıb

Ermənistan parlamenti yaxınlığında etiraz aksiyaları və polislə toqquşma zamanı xəsarət alanların sayı 101 nəfərə çatıb.

Ermənistan Səhiyyə Nazirliyi bu barədə bildirib ki, xəsarət alanlar mülki şəxslər və polis əməkdaşlarıdır.

Onların 85 nəfərinə tibbi yardım göstərildiyi və evə buraxıldığı qeyd edilir.

Qeyd edək ki, qarşıdurma zamanı polis etirazçıları dağıtmaq üçün səs qumbaralarından istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.