İyun 18, 2024 12:53 Asia/Baku
  • Ermənistan Fransa ilə yeni hərbi saziş imzaladı

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Ermənistan MN-in mətbuat xidmətindən bildirilib ki, danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.

Görüşdə həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib.

Qeyd edək ki, bu, nazirlərin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevralda İrəvanda baş tutub.

Qeyd edək ki, son günlər mediada Ermənistan ərazisində Fransa hərbi bazasının yerləşdirilməsinə dair xəbərlər yayılıb, bu isə Rusiyanı hiddətləndirib.

Bəzi versiyalara görə, ermənilər Gürmridəki hərbi bazanı Rusiyanın əlindən alıb fransızları orada yerləşdirməyi düşünürlər.