Fransızların erməni təəssübkeşliyi pik həddə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i412131-fransızların_erməni_təəssübkeşliyi_pik_həddə_çatıb
Makrona müraciət edildi: Ermənistana ordu göndər!
(last modified 2024-06-19T06:40:56+00:00 )
İyun 19, 2024 10:38 Asia/Baku
  • Fransızların erməni təəssübkeşliyi pik həddə çatıb

Makrona müraciət edildi: Ermənistana ordu göndər!

Fransanın bir sıra tanınmış şəxsləri ölkə başçısı Emmanuel Makrona açıq məktub yazaraq, onu Fransa qoşunlarını Ermənistana göndərməyə çağırıb.

Müraciətdə onlar Makronun Ermənistana müdafiə xarakterli hərbi yardım göstərmək təşəbbüsünü alqışlayıblar və iddia ediblər ki, ermənilər üçün “soyqırım riski” var. Ona görə də Fransa silahlı qüvvələri “qardaş ölkə”yə göndərilməlidir.

Müraciəti Parisin meri Ann İdalqo, filosof Elizabet Badinter, keşmiş Avropa və xarici işlər naziri Bernar Kuşner və başqaları imzalayıb.