Rəsmi İrəvan sərhədlərin demilitasiyası məsələsində öz mövqeyini təkrarladı
İyun 19, 2024 13:31 Asia/Baku
Paşinyan: Ermənistan öz ərazilərinin bir metrini də güzəştə getməyəcək
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası zamanı problem yaranarsa, referendum keçiriləcəyini istisna etməyib.
Baş nazir Sünik vilayətində olarkən ictimaiyyət nümayəndələrinə xitabən deyib ki, Ermənistan öz ərazilərinin bir metrini də güzəştə getməyəcək.
O həmçinin, “Zəngəzur dəhlizi” açılması haqda sosial şəbəkələrdə və mediada yazılanları boş söhbət adlandıraraq bunlara fikir verməməyə çağırıb.
Qeyd edək ki, mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan sərhədçilərinin nəzarətinə keçib.