Ermənistan KTMT-nin iclasına qatılmayacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i412149-ermənistan_ktmt_nin_iclasına_qatılmayacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.
(last modified 2024-06-20T12:01:05+00:00 )
İyun 20, 2024 16:00 Asia/Baku
  • Ermənistan KTMT-nin iclasına qatılmayacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.

Armenpress Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadla bu məlumatı yayıb.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Murad Nurtleunun sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdir.