Rusiyalı rəsmi Qərbin Cənubi Qafqazla bağlı siyasətini tənqid atəşinə tutub
Qaluzin: Bu, bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək
İyun 20, 2024 19:40 Asia/Baku
Rusiya dövlətinin rəsmisi bəyan edib ki, Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə açıqlamasında Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən deyib: “Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək. Bölgədə təhlükəsizliyin effektivliyini müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar”.
Onun sözlərinə görə, Rusiya həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıdır.