İyun 25, 2024 11:35 Asia/Baku
  • Ermənistan orta aylıq əmək haqqına görə liderdir

CEOWORLD jurnalı 196 ölkənin daxil olduğu reytinq cədvəlini hazırlayıb, Cənubi Qafqazda Ermənistanın irəlidə olduğu bildirilir.

Ermənistan 541 dollar əmək haqqı ilə 92-ci yeri tutub. Orta aylıq Əmək haqqı Gürcüstanda 534 dollar, Azərbaycanda 494 dollar və Rusiyada 2159 dollar.

Hesabatda qeyd olunur ki, geosiyasi risklər, xüsusilə Rusiya-Ukrayna münaqişəsi, ABŞ-Çin strateji rəqabəti, Yaxın Şərqdə davam edən münaqişə, Hindistan və Çin arasında geosiyasi rəqabət və Çinin iqtisadi artımının ləngiməsi dünyada mövcud olan gəlir problemlərini daha da dərinləşdirib.