İyun 26, 2024 12:36 Asia/Baku
  • Bakı ilə İrəvan arasında təkliflər mübadiləsi davam edir

Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb. Bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Armen Qriqoryanın sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi də rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana təhvil verdiyi barədə məlumat yayıb.