Rəsmi İrəvan Moskvaya acıq verir
Ermənistan NATO-nun Vaşinqton sammitində iştirakını təsdiqləyib
Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitində tərəfdaşlar formatında və təşkilatın 75 illiyinə həsr olunmuş müvafiq tədbirlərdə iştirakını təsdiqləyib.
Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Ermənistanın NATO sammitində iştirak etmək üçün ABŞ-dan dəvət alıb-almaması ilə bağlı “Armenpress”ə açıqlamasında deyib: “Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaş formatlı tədbirində və təşkilatın 75 illiyi ilə bağlı əlaqədar tədbirlərdə iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyir. Hazırda başqa razılaşma yoxdur”.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen isə Bakıda keçirdiyi brifinqdə qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşlar görüşünə dəvət edib.