“İKİ ÖLKƏ ARASINDA DOSTLUQ MÜNASİBƏTLƏRİ SARSILMAZ VƏ DƏYİŞMƏZDİR”- VLADİMİR PUTİN
Bu gün (cümə axşamı) Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində İranin prezident səlahiyyətlərinin icraçısı Məhəmməd Müxbir Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa doğru” mövzusunda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 24-cü sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşən İranin prezident səlahiyyətlərinin icraçısı Məhəmməd Müxbir İran prezidentinin şəhadəti münasibətilə Rusiya dövlət və xalqının başsağlığı mesajını yüksək qiymətləndirərək, İran İslam Respublikası ilə Rusiya arasındakı münasibətləri dərin, strateji və dəyişməz adlandırıb.
İki ölkənin güclü münasibətlərinin qlobal inkişafdakı roluna və təsirinə toxunan Müxbir qeyd edib ki, bu gün İran və Rusiya arasındakı strateji əlaqələr dünyada güc balansını dəyişərək təkqütblü ədalətsiz dünya nizamına meydan oxuyur.
İranin prezident səlahiyyətlərinin icraçısı bu görüşdə İran və Rusiya arasında xüsusilə iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində genişlənən əməkdaşlıqlara toxunaraq, iki ölkə arasında hərtərəfli əməkdaşlığın hüquqi məsələləri ilə yanaşı, onun təsdiqi və həyata keçirilməsi istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Avrasiya İttifaqı ilə azad ticarətin gücləndirilməsi, Şimal-Cənub dəhlizinin fəaliyyətinin davam etdirilməsi , o cümlədən iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlığın gücləndirilməsi tərəflər arasında nümayəndə keçirilən görüşün əsas mövzuları sırasında yer alıb.
Görüşdə Rusiya dövlət başçısı Vladimr Putin iki ölkə arasında dostluq münasibətlərinin sarsılmaz və dəyişməz olduğunu, ölkələr arasında xüsusilə iqtisadi və ticarət sektorlarında əməkdaşlıq səviyyəsinin yüksəlməsindən məmnunluğunu ifadə edərək, İran və Avrasiya arasında azad ticarət sazişinin imzalanmasını formalaşan əməkdaşlıqların daha da inkişafı yolunda mühüm addım hesab edərək assosasiyaya üzv ölkələrlə qarşılıqlı fəaliyyətdən daha çox faydalanmaq üçün əlverişli zəmin olduğunu diqqətə çatdırıb.
Putin həmçinin iki ölkə arasında enerji, o cümlədən neft və qaz sahəsində əməkdaşlığın gücləndirilməsinin, eləcə də Rəşt-Astara birgə dəmir yolu layihəsinin başa çatdırılması və istismarının vacibliyini vurğulayıb.