İyul 05, 2024 13:34 Asia/Baku
  • Paşinyan: Ermənistana yeni konstitusiya lazımdır

Ermənistan KİV-nin verdiyi məlumata görə, bu barədə baş nazirin ölkənin Konstitusiya Günü münasibətilə müraciətində deyib.

“Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, -baş nazir bildirib.

O qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni konstitusiya lazımdır:

“Bizə xalqla onun yaradıcısı ilə ayrılmaz şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır”.

N.Paşinyan, həmçinin qeyd edib ki, yeni konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Buna baxmayaraq, baş nazir vurğulayıb ki, ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır....

Teqlər