İyul 07, 2024 13:03 Asia/Baku
  • Rəsmi İrəvan bu addımı ilə də Rusiyanı əsəbiləşdirir

Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək

İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Qartal Partner” hərbi təlimləri keçiriləcək.

Ermənistanın Müdafiə Nazirliyi bu barədə məlumat yayaraq bildirib: “Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək”.

Məlumatda qeyd olunub ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.

Amerikalı briqada generalı Maykl Venerdi isə deyib: “Qartal Partner kimi təlimlərdə erməni tərəfdaşlarımızla çiyin-çiyinə işləmək xalqlarımız arasında etimad və dostluğu gücləndirir”.

Rusiya hökuməti bu kimi hərəkətləri və Ermənistanın kollektiv Qərblə hərbi əməkdaşlığını adətən qınayır.

 

Teqlər