İyul 09, 2024 14:57 Asia/Baku
  • ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru İrəvana gəlib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Ermənistan-ABŞ tərəfdaşlığının gücləndirilməsini təsdiqləmək üçün Ermənistana səfər edib.

Armenpress-in məlumatına əsasən, Samanta Pauer USAİD-in Ermənistan hökumətinin islahatlar gündəliyinə dəstəyini vurğulamaq və Ermənistana dəstək üçün İrəvana gəlib.

O, səfəri zamanı Ermənistanın yüksək rütbəli hökumət rəsmiləri, biznes liderləri, gənclər və media nümayəndələri ilə görüşəcəkdir.

Xatırladaq ki, iyunun 11-də İrəvanda Ermənistan və ABŞ arasında keçirilən strateji dialoqun yekun bəyanatında tərəflər münasibətləri strateji səviyyəyə yüksəltmək niyyətində olduqlarını bəyan ediblər. Mayın 22-də isə ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, Vaşinqton İrəvana dəstəyini artırmaq və müvafiq tədbirlər görmək üçün Ermənistandan gələn “bir sıra müraciətləri” nəzərdən keçirir.

Baş nazir Nikol Paşinyanın siyasi müttəfiqləri, eləcə də Qərbin dəstəklədiyi vətəndaş qrupları hakimiyyətin Qərbə qarşı yeni yanaşmasını alqışlayıb. Lakin, müxalifət partiyaları bu məsələdən ciddi şəkildə narahatdırlar. Onlar bildirirlər ki, ABŞ və digər Qərb dövlətləri Ermənistana təhlükəsizlik zəmanəti və ya əhəmiyyətli hərbi yardım verməyəcək.