QMİ rəsmisi:
Aşura günü bütün ibadət evlərində mərasim keçiriləcək
Qafqaz Müsəlmanları İdarəsi aşura günündə Bakıda və Azərbaycanın müxtəlif regionlarında bütün məscidlər və ibadət evlərində matəm mərasimlərinin keçiriləcəyini bildirib.
Aşura günü paytaxtda fəaliyyət göstərən bütün ibadət evlərində mərasimlər keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, hacı Fuad Nurullayev deyib.O bildirib ki, regionların da əksəriyyətində Aşura mərasimi hər il keçirilir:"Regionda yerləşən ibadət evlərində də sakinlər qaydalara uyğun olaraq Kərbəla şəhidlərinin əziz xatirəsini yad edəcəklər".QMİ-nin sədr müavini nəzərdə tutduğu qaydaların nə olduğuna aydınlıq gətirməyib. Qeyd edək ki, məhərrəm ayı əziz islam peyğəmbərinin nəvəsi, şiələrin üçüncü imamı həzrət İmam Hüseynin(ə) 72 köməkçisi ilə birlikdə kərbəlada Yezidin qoşunları tərəfindən faciəli şəkildə şəhid edilməsinin ildönümü günlərinə təsadüf edir. Seyiddəşşühədanın(ə) şəhid edildiyi gün olan Aşura günü bu il 16 oyulda qeyd olunacaq.Azərbaycan Respublikasının şiə xalqı tarix boyu İmam Hüseynin(ə) şəhadətinin ildönümü günlərini xüsusi matəm mərasimləri ilə qeyd edib. Sovet dövründə ateist rejim tərəfindən qoyulan məhdudiyyətlərə rəğmən Azərbaycan xalqı öz dini mentalitetini qoruyub saxlayıb və müstəqillik əldə etdikdən dərhal sonra ata-babalarının dini ənənələrini olduğu kimi davam etdirməyə təşəbbüs göstərib.