Avropanın Ermənistandakı missiyası Rusiyanı narahat edir
Avropa İttifaqının Ermənistandakı missiyasının daimi status ala biləcəyi Rusiyanı narahat edir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Galuzin bildirib.
Martda Ermənistan parlamenti Avropa İttifaqının Azərbaycanla sərhəddəki missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Saziş müşahidəçilərə immunitet və güzəştlər, o cümlədən saxlanmadan və həbsdən toxunulmazlıq verir.Rusiya xarici işlər nazirinin müavini Mixail Galuzin bu ilin aprelində Avropa İttifaqı missiyasının tərkibində Kanada nümayəndələrinin olduğunu qeyd edib. Onun fikrincə, bu, NATO-nun Cənubi Qafqaza nüfuz etdiyini göstərir. Rusiya tərəfi Avropa İttifaqı missiyasının fəaliyyətinin Rusiya obyektləri və Ermənistanla qonşu dövlətlər - İran və Türkiyə barədə kəşfiyyat məlumatlarının toplanmasına yönəlməsindən ehtiyat edir."Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk, bu barədə dəfələrlə bildirmişik. Avropa İttifaqının vəzifəsi məlumdur və ondan ibarətdir ki, ənənəvi tərəfdaşların və Cənubi Qafqaz dövlətlərinin qonşuları - Rusiya, İran, Türkiyənin maraqlarına ziyan vuraraq regionda möhkəmlənsin", - Qaluzin deyib.Avropa İttifaqının uzunmüddətli missiyası 20 fevral 2023-cü ildə 2 il müddətinə Ermənistanda yerləşdirilib və əvvəlcə 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Avropa İttifaqı missiyanın 209 nəfərə qədər artırıldığını bildirib.