Amerikalı konqresmen hökumətə tövsiyə edir
Frank Pallone: ABŞ Ermənistanın suverenliyini və müdafiəsini dəstəkləməlidir
İyul 13, 2024 12:35 Asia/Baku
ABŞ konqresmeni Frenk Pallone bu ölkə hökumətinin Ermənistanın suverenliyini və müdafiəsini dəstəkləməli olduğunu vurğulayıb.
Pallone iyulun 10-da Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşünə münasibət bildirərkən X hesabında yazıb: “Mən şadam ki, Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülhə çalışır, lakin Azərbaycanın davam edən təcavüzü və insan hüquqlarını pozması real nəticələrə mane olur, və bu söhbətlər mənasızdır”.
Ermənipərəst konqresmen qeyd edib ki, ABŞ Dövlət Departamenti Ermənistanın suverenliyini və müdafiəsini dəstəkləməlidir.