İyul 17, 2024 11:30 Asia/Baku
  • Mirzoyan Bakı ilə münasibətlərdən danışdı

“Ermənistan sazişin bağlanması prosesində səmimi iştirak edir”

Ermənistanın xarici işlər naziri BMT Baş Assambleyasında etdiyi çıxışında ölkəsinin Azərbaycanla sülhə sadiq olduğunu bildirib.

Ararat Mirzoyan deyib: “Ermənistan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və dövlət sərhədinin demarkasiyası prinsipinə əsaslanan Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin bağlanması prosesində səmimi iştirak edir”.

Ermənistanın XİN rəhbəri rəsmi İrəvanın Türkiyə ilə də münasibətlərin nizamlanması üçün çalışdığını bildirib.

O qeyd edib ki, Ermənistan davamlı olaraq Türkiyə ilə münasibətlərin tam nizamlanması, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq üçün səylər göstərir.

 

Teqlər