İyul 22, 2024 12:07 Asia/Baku
  • İranın Ermənistandakı səfiri açıqlama verdi:

3+3 formatda növbəti görüş tezliklə Türkiyədə keçiriləcək

İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri bildirib ki, Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıq platformasının növbəti iclası Türkiyədə keçiriləcək. yaxın gələcəkdə Türkiyədə keçiriləcək.

Mehdi Sübhani xatırladıb ki, 3+3 formatının ideyasını İran tərəfi irəli sürüb və ilk dəfə bu platformanın xarici işlər nazirlərinin iclası Tehranda keçirildi. Növbəti görüş isə yaxın vaxtlarda Türkiyədə baş tutacaq.

M.Sübhani sonra İranın Kapandakı konsulluğu ilə bağlı onun transsərhəd kommunikasiyaları inkişaf etdirdiyini və yerli problemlərin yarandığı anda effektiv şəkildə həll etdiyini vurğulayıb.

Ermənistanla Azərbaycan arasındakı münasibətlərə gəlincə, səfir Sübhani Tehranın bu məsələyə baxışını bir daha təsdiqləyib. “Biz Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq sərhədlərin dəyişdirilməsinin və regionda istənilən geosiyasi dəyişikliyin əleyhinəyik”, - deyə o əlavə edib.

 

Teqlər