Paşinyan Ermənistan-Türkiyə sərhədinə getdi
https://azeri.sahartv.ir/news/qafqaz-i413141-paşinyan_ermənistan_türkiyə_sərhədinə_getdi
Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 27, 2024 07:37 Asia/Baku

Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır.

Ermənistanın baş naziri Nikol Paşinyan iylun 26-da Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinə baş çəkib. O burada nəzarət-buraxılış məntəqəsinin modernləşdirilməsi istiqamətində aparılan işlərlə tanış olub.

Paşinyan bildirib ki, Ermənistan və Türkiyə sərhədindəki Marqara gömrük məntəqəsinin modernləşdirilməsi üçün 2,6 milyon dollar xərclənib.

Marqara keçid məntəqəsi gömrük və pasport nəzarəti, o cümlədən sərhədçilərin işi ilə bağlı bütün infrastruktur sərnişinlərə xidmət göstərməyə hazırdır.

2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin ilk görüşü baş tutub, tərəflər dialoqu konstruktiv, siyasiləşdirilməmiş şəkildə aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Həmçinin Vyanada daha bir sıra görüşlər baş tutub