Avq 05, 2024 17:22 Asia/Baku
  • Rəsmi İrəvan inadkarlıq edir

Ermənistan KTMT-nin yeni təlimlərindən imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşıdan gələn KTMT Kobalt 2024 hərbi təlimlərində iştirak etməyəcək.

Bu barədə TASS Rusiya Milli Qvardiyasının bəyanatına istinadən xəbər verir. Təlimlər avqustun 14-16-da Rusiyada keçiriləcək və iştirakçılar siyahısına Ermənistan daxil deyil.

Ermənistan hökuməti Rusiyanın rəhbərlik etdiyi təşkilatın bu ölkə qarşısında öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək KTMT-nin tədbirlərini boykot edib. 2024-cü ilin əvvəlində baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, o, Ermənistanın bloka üzvlüyünü dondurur.

 

Teqlər