Avq 09, 2024 12:58 Asia/Baku
  • Rəsmi İrəvan Azərbaycan dövlətinin tələbini rədd etdi

Papoyan: Ermənistan Konstitusiyaya dəyişiklik etmək niyyətində deyil

Ermənistan Azərbaycan tərəfinin tələbi ilə Konstitusiyaya dəyişiklik etmək niyyətində deyil.

Bunu jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Papoyan əlavə edib ki, Ermənistan Respublikası öz Konstitusiyasını yalnız ölkə vətəndaşlarının qərarı ilə dəyişə bilər.

“Ermənistan heç bir dövlətin tələbi ilə öz Konstitusiyasını dəyişməyəcək, onu dəyişdirib-dəyişməmək bizim daxili işimizdir”, - deyə erməni nazir vurğulayıb.

 

Teqlər