Avq 13, 2024 12:54 Asia/Baku
  • Putin Ukrayna ilə müzakirələrə son qoydu

Rusiya prezidenti vurğulayıbdır ki, nüvə təsisatlarına hücum edən bir ölkə ilə danışıqlar aparmaq olmaz və Rusiya mütləq bu müharibədə qalib gələcək.

Rusiya prezidenti Vladimir Putin rəsmən Ukrayna ilə bütün sülh danışıqlarına son qoyub.

Putin vurğulayıb: Təcavüzkar ukraynalı qüvvələri öz ərazimizdən çıxaracaq və onlara qətiyyətli cavab verəcəyik.

Putin ukraynalı qüvvələrin Rusiya ərazisindən çıxarılmasını bu ölkənin müdafiə nazirliyinin əsas vəzifəsi adlandırıb.

Rusiyanın Kursk bölgəsindəki rus hərbçilər bölgəni ukraynalı qüvvələrdən və NATO muzdlularından təmizləməkdədirlər. Rusiya qüvvələri Kanada istehsalı olan və Starlink antennası ilə təchiz olunmuş “Raşel Senator” tipli bir ədəd zirehli avtomobili qənimət götürüblər.

Amerikanın Rusiyadakı sabiq səfiri bu barədə deyibdir ki, Ukrayna Kurska hücum etməklə qırmızı xətti keçibdir.